Çinə məxsus robot yürüş rekordu vurub | VİDEO

   Çinə məxsus robot yürüş rekordu vurub |  VİDEO
  21 Noyabr 2025    Oxunub:710
Çinin "AgiBot" şirkəti tərəfindən ərsəyə gətirilmiş "AgiBot A2" insanabənzər robot ölkənin Suçou və Şanxay şəhərləri arasında 106 kilometr məsafəni fasiləsiz yeriyərək dünya rekordu qırıb.
Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, fakt "Ginnesin Rekordlar Kitabı" tərəfindən "insanabənzər robotun ən uzun yürüşü" kateqoriyasında rəsmi surətdə qeydə alınıb. Məlumata görə, sözügedən robot iki GPS modulu, bir lidar və infraqırmızı dərinlik sensorlarına malikdir. Bu təchizatların hesabına o, istənilən yol şəraitində, həm gündüz, həm də gecə saatlarında ətraf mühiti qavrayaraq yeriyə bilir.

Robot 10 noyabr gecəsi Suçoudan yola düşüb. 13 noyabr səhər tezdən Şanxaya çatıb. Dəyişiləbilən batareya sistemi sayəsində fasiləsiz işləyərək səyahətini uğurla başa çatdırıb.

"AgiBot" robot texnologiyaları şirkəti 2023-cü ildə Şanxay şəhərində qurulub. Şirkət əsasən mehmanxanalarda qonaqları qarşılamaq, yük daşımaq və təmizlik işləri həyata keçirmək məqsədilə istifadə üçün robotlar hazırlayır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Çin   robot   rekord  



Xəbər lenti